• Bakı 23° C

    8.8 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

İranda da banklara kiberhücum oldu 

DÜNYA

24 Iyun 2026 | 17:21

İranda da banklara kiberhücum oldu 

İrandakı bir neçə bankın xidmətlərində problem yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

İranın Kiber Komandanlığı problemi "bank infrastrukturuna kiberhücum" səbəbindən baş verdiyini açıqlayan bir bəyanat yayıb.

Qurum iddia edir ki, sözügedən hücum tez bir zamanda müəyyən edilərək zərərsizləşdirilib. Lakin məlumatların təhlükəsizliyini qorumaq və potensial istismarın qarşısını almaq üçün bank kartları ilə əlaqəli xidmətlərin bir hissəsi müvəqqəti olaraq söndürülüb. Bəyanatda hücumun mənşəyi və ya onu törədənlər barədə heç bir məlumat verilməyib.

Eyni zamanda, Bank Melli, Bank Saderat və Bank Tejarat xidmətlərində fasilələr olduğunu göstərən məlumatlar da dərc edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR