Bu gün günorta saatlarına doğru başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə hədəf alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, paytaxtın Svyatoşin rayonunda dağıntılar qeydə alınıb. Kliçko bildirib ki, həkimlər hadisə yerindədirlər.
Monitorinq qrupunun məlumatına görə, Kiyevə 10 yaxın müxtəlif tipli raket atılıb.
Bakı 



