Jitomir-Odessa sərnişin qatarının lokomotivinə “Şahid” reaktiv PUA-sı ilə hücum edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yolları İdarəsinin rəhbəri Aleksandr Pertsovski məlumat yayıb.
Onun sözlərinə görə, qatarda 593 sərnişin olub.
Bildirilib ki, bütün sərnişinlər təxliyə olunub, xəsarət alan olmayıb.




