• Bakı 27° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Yuxuda danışmaq təhlükəli pozuntuların əlaməti ola bilər

DÜNYA

23 Avqust 2026 | 11:17

Yuxuda danışmaq təhlükəli pozuntuların əlaməti ola bilər

Əksər hallarda yuxuda danışmaq, yəni somnilokviya, təhlükə yaratmır. Lakin bəzi hallarda bu vəziyyət ciddi xəstəliklərin əlaməti ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu rusiyalı psixiatr-narkoloq, tibb elmləri namizədi Ruslan İsaev RT-yə müsahibəsində bildirib.

Həkim yuxuda danışmağın hansı hallarda sağlamlıq problemlərinə işarə edə biləcəyini açıqlayıb.

Ruslan İsaev xəbərdarlıq edib ki, yuxuda danışmaq qəfil şəkildə və yetkinlik dövründə başlayıbsa, qışqırıq, qorxu, qəfil hərəkətlər, yataqdan qalxmaq cəhdləri və ya yatağa zərbə vurmaq kimi hallar müşahidə olunursa, buna diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, belə simptomlar müşahidə edildikdə mümkün qədər tez həkimə müraciət etmək tövsiyə olunur. Çünki bu əlamətlər gecə epileptik tutmalarının, yuxuda tənəffüs pozğunluqlarının və digər parasomniyaların göstəricisi ola bilər.

"Gecə epizodları insanın özünün və ya yaxınlarının yuxusunu əhəmiyyətli dərəcədə pozarsa, gün ərzində nəzərəçarpacaq yuxululuq, xroniki yorğunluq və ya yuxu pozğunluqları yaranarsa, mütəxəssisə müraciət etmək də vacibdir", - deyə psixiatr qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026