• Bakı 27° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Rusiyada "Ozon" anbarı dron hücumuna məruz qalıb

DÜNYA

23 Avqust 2026 | 11:36

Rusiyada "Ozon" anbarı dron hücumuna məruz qalıb

Rusiyanın Orenburq şəhərində pilotsuz uçuş aparatının (PUA) qalıqları "Ozon" şirkətinin logistika kompleksinin ərazisinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər rəhbəri Albert Yumaşev "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, dronlar sənaye müəssisələrinin yerləşdiyi xüsusi iqtisadi zona üzərində vurulub. Yumaşev qeyd edib ki, qalıqların düşməsindən sonra obyektdə yanğın başlayıb. Fövqəladə hallar xidməti tərəfindən yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb.

"Ozon" şirkətindən verilən məlumatda isə hücumdan sonra logistika mərkəzinin 300-dən çox əməkdaşının təxliyə olunduğu bildirilib. Anbarın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026