Hazırda parlamentdə 135 yerə sahib olan CHP, 91 millət vəkilinin getməsindən sonra 44 yerə endiriləcək.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Bəs bu, nə ilə nəticələnəcək?
İlk növbədə CHP Türkiyə Böyük Millət Məclisində (TBMM) "Ana müxalifət partiyası" mövqeyini itirəcək.
Özgür Özelin rəhbərlik etdiyi yeni partiya millət vəkillərinin sayına görə parlamentdə yeni əsas müxalifət qüvvəsinə çevriləcək.
TBMM Baş Məclis Zalında oturacaqların düzülüşü tamamilə yenidən təşkil ediləcək və parlament qruplarının sayı 7-yə çatacaq.
Qeyd edək ki, Özgür Özel 91 millət vəkili ilə CHP-dən istefa verib. Özel 91 millət vəkilinin prosedurlarını tamamlamasını gözlədikdən sonra elektron hökumət vasitəsilə istefa verən sonuncu şəxs olub.
Murad Məmmədli
Bakı 



