• Bakı 31° C

    6.52 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Pezeşkian: ABŞ-nin İranı Venesuela kimi çökdürmək planı boşa çıxdı

DÜNYA

23 Avqust 2026 | 10:33

Pezeşkian: ABŞ-nin İranı Venesuela kimi çökdürmək planı boşa çıxdı

ABŞ Yaxın Şərqdə münaqişəyə başlayarkən İranın Venesuela kimi tez bir zamanda süqut edəcəyini hesablasa da, bu plan baş tutmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

"Düşmən İranın Venesuela kimi süqut edəcəyini zənn edirdi. Lakin bu baş vermədi. Əksinə, İran möhkəmliyi, birliyi və həmrəyliyi ilə bütün dünyanı təəccübləndirən bir qüvvəyə çevrildi", — deyə M.Pezeşkian vurğulayıb.

Ölkə rəhbəri əlavə edib ki, İran xalqı ən ağır sanksiyalara baxmayaraq müqavimət göstərməkdə davam edəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı misli görünməmiş miqyasda "iqtisadi müharibə və təcrid" rejimi elan etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026