• Bakı 16° C

    2.17 m/s

Rusiya MN: 328 Ukrayna PUA-sı məhv edilib

DÜNYA

23 Avqust 2026 | 10:11 | Müəllif: Gülşən Şərif

Rusiya MN: 328 Ukrayna PUA-sı məhv edilib

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə ərazisi və Azov, Qara dənizlərin akvatoriyası üzərində 328 Ukrayna PUA-sını vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lar avqustun 22-si saat 20:00-dan avqustun 23-ü saat 08:00-dək Rusiya ərazisinin müxtəlif bölgələri, Moskva regionu, Krım və Krasnodar diyarı üzərində, həmçinin Azov və Qara dənizlərin akvatoriyalarında vurulub.

Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluga, Kursk, Lipetsk, Orenburq, Oryol, Rostov, Ryazan, Saratov, Smolensk, Tver və Tula vilayətləri üzərində də məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026