• Bakı 24° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Etibar Əliyev: "Türkiyə futbol oynaya bilmir"

SİYASƏT

24 Iyun 2026 | 16:36

Etibar Əliyev: Türkiyə futbol oynaya bilmir

“Futbol üzrə dünya çempionatında Özbəkistan yığma komandası Portuqaliya yığma komandasına 5:0 hesabı ilə məğlub oldu. Özbəkistanın ötən əsrin 70-ci illərində “Paxtakor” klubu böyük uğurlara imza atmışdı. Lakin 11 avqust 1979- cu ildə dəhşətli təyyarə qəzasında klubun 17 futbolçusu həlak oldu. Bununla da futbol məktəbi sıradan çıxdı”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev "Facebook” səhifəsində yazıb.

O qeyd edib: “İndi futbolun fəlsəfəsi dəyişib. Dünya çempionu olan ölkələr ənənəyə söykənirlər. Misal olaraq, Braziliya, Argentina, Almaniya kimi ölkələrin adını çəkə bilərik. 

Fikrimcə, Özbəkistan, Türkiyə və dünya çempionatında oynaya bilməyən ölkələr futbola xərclədikləri milyonlarla dollar vəsaiti elmə və təhsilə xərcləsələr daha yaxşı olar. İnsan kapitalının inkişafı hər şeydən önəmlidir.

Potensial yoxdur və futbol tamamilə başqa fəzadə yerləşir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR