“Yelo Bank”ın mobil tətbiqində problem yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yelo Bank”ın müştərilərinə göndərdiyi bildirişdə qeyd olunub.
“Dəyərli müştəri, aparılan təkmilləşdirmə işləri səbəbindən mobil tətbiqdən istifadə mümkün olmayacaq”, deyə bildirişdə qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı, “AccessBank”da bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb.
***
15:31
Bu gün Azərbaycan Beynəlxalq Bankının kartlarından pul silinməsi halları müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər.
Bankdan verilən məlumata görə, buna səbəb 3-cü tərəf sistemlərində yaranmış texniki çətinlikdir.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq", - məlumatda bildirilib.
















