• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Neftçi"dən yeni transfer

İDMAN

27 May 2026 | 16:29 | Müəllif: Subhan Mahmudov

"Neftçi"dən yeni transfer

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, sol cinah müdafiəçisi Rüfət Abbasov artıq Bakı klubunun üzvüdür.

21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, “3” nömrəli formanı geyinəcək.

“Neftçi”nin yetirməsi olan və 2015-ci ildə akademiyaya qoşulan Abbasov əsas komandaya 2021-2022-ci illər mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 millidə 17 matçda meydana çıxıb və əsas yığmaya da dəvət olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026