• Bakı 18° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

ABŞ hərbçiləri Sakit okeanda narkokartelə məxsus gəmiləri batırıb

DÜNYA

06 Sentyabr 2026 | 10:05 | Müəllif: Gülşən Şərif

ABŞ hərbçiləri Sakit okeanda narkokartelə məxsus gəmiləri batırıb

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun “Los Choneros” narkokartelinin maraqları üçün istifadə edildiyi bildirilən bir qrup gəmini ələ keçirərək batırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Komandanlığın məlumatına görə, kəşfiyyat gəmilərin “Los Choneros” narkotik kartelinin maraqları üçün fəaliyyət göstərdiyini müəyyən edib.

“Əsas gəmidə olan şəxslər saxlanılaraq Ekvador hakimiyyətinə təhvil verilib. Əsas gəmi yoxlanıldıqdan və ekipaj göyərtəni tərk etdikdən sonra ABŞ hərbçiləri onu və köməkçi gəmiləri batırıblar”, – Cənub Komandanlığının “X” hesabında yayılan məlumatda bildirilib.

Hadisənin Sakit okeanın şərq hissəsində baş verdiyi qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR