• Bakı 16° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Türkiyədə sərnişin təyyarəsində bomba həyəcanı

DÜNYA

05 Oktyabr 2026 | 23:49 | Müəllif: Subhan Mahmudov

Türkiyədə sərnişin təyyarəsində bomba həyəcanı

Ankara–Şanlıurfa reysini yerinə yetirən “AJet” aviaşirkətinə məxsus təyyarədə partlayıcı maddənin olduğu barədə yazılı qeyd tapılıb.

Bakıvaxtı.az “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə Şanlıurfa valisi Hasan Şıldak məlumat verib.

Bildirilib ki, oktyabrın 5-də saat 19:00-da Ankaradan havaya qalxan 4180 saylı reys saat 20:05-də Şanlıurfa GAP Hava Limanına enib.

Təyyarədəki 136 sərnişin və 7 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Təhlükəsizlik əməkdaşlarının göyərtədə partlayıcı maddə axtarışı aparacağı açıqlanıb.

Vali təxliyə və yoxlama üçün bütün zəruri təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR