• Bakı 15° C

    2.25 m/s

İndoneziyada həftə ərzində üçüncü vulkan püskürüb

DÜNYA

06 Sentyabr 2026 | 16:59 | Müəllif: Gülşən Şərif

İndoneziyada həftə ərzində üçüncü vulkan püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb. Vulkanın külü dəniz səviyyəsindən 4.7 kilometr hündürlüyə qalxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Antara" agentliyi Semeru müşahidə məntəqəsinə istinadən məlumat yayıb.

Məlumata görə, püskürmə təxminən 102 saniyə davam edib. Sakinlərə vulkandan 13 kilometr radiusda, xüsusilə Besuk Kobokan çayı boyunca açıq havada fəaliyyət göstərməkdən çəkinmək tövsiyə olunub.

Közərmiş süxurların atılması riski səbəbindən vətəndaşların Semeru kraterindən 5 kilometr məsafəyə yaxınlaşması qadağan edilib.

Bu gün İndoneziyanın Cakarta şəhərində yerləşən ölkənin ən böyük hava limanı - "Sukarno-Hatta" digər vulkanın, Anak-Krakatau vulkanının püskürməsi nəticəsində külün yayılması səbəbindən fəaliyyətini dayandırıb.

Sentyabrın 1-də Sumatranın adasında yerləşən Sinabunq vulkanı da püskürüb. Həmin vaxt kül sütunu təxminən 3.5 kilometr hündürlüyə qalxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026