• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Zelenski Makronla danışdı

DÜNYA

06 Oktyabr 2026 | 14:59 | Müəllif: Gülşən Şərif

Zelenski Makronla danışdı

Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Kiyevə tam dəstəyini ifadə edib. 

Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, Makron bununla bağlı "X" hesabında paylaşım edib.

Makron bildirib ki, Fransa və Avropa Ukraynanı dəstəkləməyə, mülki şəxsləri qorunmağa, hərbi əməliyyatların intensivliyinin azaldılmasına nail olmağa, ədalətli və davamlı sülh ideyasını təşviq etməklə, qitənin təhlükəsizliyini gücləndirməyə davam edəcək.

"Fransanın həmrəyliyini və Ukraynaya tam dəstəyini bir daha təsdiqləmək üçün Prezident Zelenski ilə danışdım. Cəbhə xəttində çıxılmaz vəziyyətdə qalmasına baxmayaraq, Rusiya atəşkəs üçün bütün çağırışları israrla rədd edir,  infrastruktur və mülki obyektlərə hücumları gücləndirərək məsuliyyətsiz seçim edir, beynəlxalq humanitar hüququn ən fundamental prinsiplərini pozur" - Fransa prezidenti yazıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026