• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Kəlbəcərdə avtomobil yüksəklikdən aşaraq çaya düşdü 

HADİSƏ

05 Sentyabr 2026 | 22:52 | Müəllif: Zeynəb Rzayeva

Kəlbəcərdə avtomobil yüksəklikdən aşaraq çaya düşdü

Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Bakıvaxtı.az “trend.az”a istinadla xəbər verir ki, hadisə İstisu yolunda qeydə alınıb.

Quzeyçirkin kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev İbrahim Əbülfət oğlu idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yüksəklikdən çaya düşüb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun ayağının sınığı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR