• Bakı 20° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Bakıda kişi arvadını tava ilə döydü

HADİSƏ

05 Oktyabr 2026 | 14:47 | Müəllif: Gülşən Şərif

Bakıda kişi arvadını tava ilə döydü

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələri ilə təqsirli bilinib.

Müəyyən edilib ki, İsa əvvəllər ailəli olub və boşanıb. O, bir müddət əvvəl Nəzrin (şərti) adlı xanımla tanış olub və iki ildir birgə ailə kimi yaşamağa başlayıb. Lakin sonradan onların münasibətləri pozulub.

Nəzrinin ona pul verməməsi, həmçinin icazəsiz iş yoldaşının ad gününə getməsi və digər səbəblərdən İsa onu döyərək və dişləyərək xəsarətlər yetirib. Sonuncu dava zamanı İsa Nəzrini tava ilə döyərək ardıcıl zərbələr endirib.

Nəticədə, gənc qadın bədəninin müxtəlif nahiyələrinin qançırları, qansızmaları, sınıqları, sıyrıqları kimi çoxsaylı xəsarətlər alıb.

Səbail Rayon Məhkəməsinin hökmü ilə İsa Sərdarov 1 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026