• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Çində palçıq və lil axını: 2 ölü, 10 nəfər itkin 

DÜNYA

06 Sentyabr 2026 | 09:26 | Müəllif: Gülşən Şərif

Çində palçıq və lil axını: 2 ölü, 10 nəfər itkin

Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində palçıq və lil axını nəticəsində azı iki nəfər ölüb, daha 10 nəfər itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Palçıq-daş axını sentyabrın 5-də səhər saatlarında Tsyan şəhər dairəsinin Suyçuan qəzasında yerləşən yaşayış məntəqələrindən birində baş verib. Daha əvvəl bir nəfərin öldüyü bildirilib.

Palçıq və lil axını səkkiz evi tamamilə dağıdıb, daha dörd evə isə cüzi ziyan dəyib. Axtarış-xilasetmə işləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026