Türkiyə Super Liqa derbisi zamanı faciəli hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, "Fənərbağça" azarkeşi Yaşar Gerçek "Beşiktaş"la matçın ikinci hissəsində tribunada qəfildən huşunu itirərək infarkt keçirib. Bütün səylərə baxmayaraq, Gerçekin həyatını xilas etmək mümkün olmayıb.
Bu xəbərdən sonra həm "Fənərbağça", həm də "Beşiktaş" klubları ardıcıl olaraq başsağlığı mesajları yayımlayıblar.
Qeyd edək kii, Super Liqanın 4-cü həftəsində "Fənərbağça" "Beşiktaş"ı qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Murad Məmmədli




