• Bakı 24° C

    11.76 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu

HADİSƏ

05 Sentyabr 2026 | 17:57

Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmayan plyonka çəkməklə idarə edən 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd edilib ki, aparılan yoxlama zamanı M.Əfəndiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən, M.Əfəndiyevin narkotik vasitə qəbul etdiyi müəyyənləşib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Əfəndiyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026