• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Polşada qatar yük maşınına çırpıldı - Anbaan görüntülər

DÜNYA

05 Sentyabr 2026 | 08:24

Polşada qatar yük maşınına çırpıldı - Anbaan görüntülər

Polşanın Qdansk şəhərində dəmir yolu keçidində yük maşını ilə şəhərlərarası qatar toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, təhlükəsizlik kameralarına düşən görüntülərdə yük maşınının relslər üzərində qaldığı və daha sonra “PKP Intercity” tərəfindən idarə olunan Qdinya–Zelona Qura marşrutlu qatarın ona çırpıldığı görünür.

Polşanın dəmir yolu infrastrukturunun operatoru “PKP Polskie Linie Kolejowe” (PLK) bildirib ki, yük maşını keçiddən keçərkən maneələr bağlanıb. Şahidlər sürücüyə maneəni aşaraq dəmir yolu keçidini dərhal tərk etməsi barədə xəbərdarlıq ediblər. Lakin sürücü əvvəlcə geri hərəkət etməyə çalışıb. Daha sonra qarşısındakı maneəni aşmaq istəsə də, yaxınlaşan qatardan yayınmaq üçün artıq gec olub.

Toqquşma nəticəsində qatarın sürücüsü xəstəxanaya aparılıb. Yük maşınının sürücüsünün və qatarda olan təxminən 250 sərnişinin xəsarət almadığı bildirilir.

Qəzadan sonra Prusç Qdanski-Qdansk Pojudnı dəmir yolu xəttində hərəkət dayandırılıb. Qatarlar alternativ marşrutlara yönləndirilib və nəqliyyatın hərəkətindəki fasilə bir neçə saat davam edib. Hərəkət saat 23:00-dan sonra tam bərpa olunub.

Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb. PLK sürücülərə xatırladıb ki, nəqliyyat vasitəsi dəmir yolu keçidində bağlı maneələr arasında qaldıqda dərhal maneəni aşaraq keçidi tərk etmək lazımdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026