• Bakı 26° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

BMW sahiblərinin nəzərinə: Bu modellərdə yanğın riski var

İQTİSADİYYAT

05 Sentyabr 2026 | 11:41

BMW sahiblərinin nəzərinə: Bu modellərdə yanğın riski var

BMW Almaniyada 189 130 avtomobili yanğın təhlükəsi səbəbindən geri çağırır.

Bakıvaxtı.az xəbər verir ki, problem 2014-2020-ci illərdə istehsal olunan 3, 5 və 7 seriyalı bəzi avtomobillərdə aşkarlanıb.

Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsinin məlumatına görə, starter rölesinin nəmdən kifayət qədər qorunmaması onun kontaktlarında korroziyaya və qısaqapanmaya səbəb ola bilər. Bu isə yanğın riskini artırır.

Geri çağırılmaya müxtəlif nəsillərdən olan BMW 3, 5 və 7 seriyaları daxildir. Avtomobil sahiblərinə VIN kodu ilə nəqliyyat vasitələrinin kampaniyaya düşüb-düşmədiyini yoxlamaq tövsiyə olunur.

Problem aşkarlanarsa, BMW tərəfindən starter dəyişdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026