• Bakı 12° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Azərbaycanda manatla pul kütləsi artıb

İQTİSADİYYAT

03 Oktyabr 2026 | 12:57 | Müəllif: Gülşən Şərif

Azərbaycanda manatla pul kütləsi artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 54 milyard 978 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 2 %, ilin əvvəlinə nisbətən 10,3 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə 15,1 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 44 milyard 416,6 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,3 %, ilin əvvəlinə nisbətən 10 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə 20,7 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 34 milyard 212,2 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1,7 %, ilin əvvəlinə nisbətən 6,3 %, 2025-ci ilin sentyabrın 1-i ilə ilə müqayisədə 17,5 % çoxdur.

Sentyabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 19 milyard 166,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,02 % az, ilin əvvəlinə nisbətən 6,8 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə 13,9 % çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026