• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Azərbaycan banklarına depozit qoyuluşu artıb

İQTİSADİYYAT

03 Oktyabr 2026 | 17:20 | Müəllif: Gülşən Şərif

Azərbaycan banklarına depozit qoyuluşu artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur.

Depozit portfelinin 50,9 %-i, yaxud 23 milyard 420,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 2,9 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 17,8 % artaraq 18 milyard 211,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 37,5 % artaraq 4 milyard 420,7 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 25 milyard 255 milyon manatı (1 il əvvələ nisbətən 12,7 % çox) qısamüddətli, 20 milyard 798 milyon manatı (+9,3 %) isə uzunmüddətli olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026