• Bakı 20° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

CƏMİYYƏT

04 Sentyabr 2026 | 18:14

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər.

Bakıvaxtı.az xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanılan 54 sağlam yetkin iştirak edib.

İştirakçılar üç qrupa bölünüb. Birinci qrup 20 dəqiqə velosiped sürüb, ikinci qrup 90 dəqiqə yatıb, üçüncü qrup isə nə idman edib, nə də yatıb.

Daha sonra iştirakçılara müxtəlif şəkillər göstərilib və üç gün sonra həmin şəkillər yenidən nümayiş etdirilərək yaddaşları yoxlanılıb.

Nəticələr göstərib ki, 20 dəqiqəlik fiziki məşq yuxusuzluğun səbəb olduğu yaddaş zəifləməsinin qarşısını almaqda 90 dəqiqəlik yuxu qədər effektiv ola bilər.

Tədqiqatın həmmüəllifi Madhura Lotlikarın sözlərinə görə, fiziki məşq əlçatan, ucuz və asan tətbiq olunan üsuldur. Bu səbəbdən xüsusilə növbəli işləyən və ya gün ərzində uzun müddət yatmağa imkan tapmayan insanlar üçün faydalı ola bilər.

Alimlər bildiriblər ki, yuxu və fiziki məşq beyinə fərqli şəkildə təsir edir. 90 dəqiqəlik yuxu beynin bərpa olunmasına və yeni məlumatların mənimsənilməsinə kömək etdiyi halda, məşq beynin mövcud resurslarından daha səmərəli istifadə etməsinə imkan yaradır.

Bununla belə, tədqiqatçılar fiziki məşqin yuxunu əvəz etmədiyini vurğulayıblar.

Araşdırmada 30-60 dəqiqəlik qısa yuxunun da 90 dəqiqəlik yuxu ilə müqayisədə nəzərəçarpacaq bərpaedici fayda vermədiyi müəyyənləşdirilib.

Ən zəif nəticə isə nə idman edən, nə də yatan iştirakçılarda qeydə alınıb. Bu qrup digər iştirakçılarla müqayisədə yaddaş testində 22 faiz daha aşağı nəticə göstərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026