• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar

CƏMİYYƏT

04 Oktyabr 2026 | 10:53 | Müəllif: Zeynəb Rzayeva

Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar

Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qarın yağması ötən gecə də davam edib. Ən çox qar Qubanın Xınalıq və Qırız kəndlərində müşahidə olunub.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xınalıq kəndinin bəzi ərazilərində qar örtüyünün hündürlüyü 20 santimetrədək olub.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, qarın yağması Qusarın Ləzə, Qubanın Xınalıq və Qırız kəndlərində daha çox müşahidə olunub.

Mərkəzin ərazilərdə yerləşən stansiyalardan Xınalıqda 5, Qırızda 10, Ləzədə isə 1 santimetr qar örtüyü qeydə alınıb.

Ötən gecə və səhər saatlarında ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb. Burada temperatur mənfi 5 dərəcəyə, Xınalıqda isə mənfi 4 dərəcəyə enib.

Bu gün səhər saatlarından etibarən hava nisbətən mülayimləşib və gün çıxıb.


Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - FotolarBu ərazilərdə temperatur -5 dərəcəyədək enib - FotolarBu ərazilərdə temperatur -5 dərəcəyədək enib - FotolarBu ərazilərdə temperatur -5 dərəcəyədək enib - FotolarBu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026