• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nepalda iki helikopter toqquşdu - Ölən var

DÜNYA

03 Noyabr 2026 | 09:25 | Müəllif: Əli Hüseynov

Nepalda iki helikopter toqquşdu - Ölən var

Nepalın şərqindəki Solukhumbu bölgəsində iki helikopter toqquşub.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Periçe kəndindəki Everest baza düşərgəsinin yaxınlığında baş verib. 

Qeyd olunur ki, "Fishtail Air" və "Air Dynasty" şirkətlərindən olan iki helikopter eyni eniş yerinə enməyə çalışıb, lakin havada toqquşub. Qəza yerinin yaxınlığında bel çantaları olan onlarla turist dayandığı əks olunub.  

Qəza nəticəsində bir əcnəbi həlak olub və pilotlardan biri xəsarət alıb. Ölən əcnəbinin şəxsiyyəti hələ müəyyən edilməyib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026