"Novaya Qazeta" onlayn nəşri xarici agentlər reyestrinə əlavə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bəyanatda deyilir: ""Novaya Qazeta" onlayn nəşri Rusiya dövlət orqanlarının qərarları və siyasəti, eləcə də Rusiya Federasiyasının seçki sistemi haqqında yalan məlumatlar yayıb. O, həmçinin, Ukraynadakı xüsusi hərbi əməliyyata qarşı çıxıb".
Bundan əlavə, nazirliyin məlumatına görə, "Novaya Qazeta" xarici agentlərin mesajlarının və materiallarının yayılmasında iştirak edib. Rusiya Ədliyyə Nazirliyi, həmçinin, nəşrin xarici agentlərlə əməkdaşlıq etdiyini də açıqlayıb.




