• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avropada sığınacaq müraciətlərinin sayı 24 faizdən çox azalıb

DÜNYA

04 Oktyabr 2026 | 14:40 | Müəllif: Zeynəb Rzayeva

Avropada sığınacaq müraciətlərinin sayı 24 faizdən çox azalıb

Aİ ölkələri, Norveç və İsveçrədə sığınacaq üçün müraciətlərin sayı cari ilin doqquz ayında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dörddəbirə yaxın azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" nəşri məlumat yayıb.

Məlumata əsasən, hesabat dövründə ümumilikdə 452 969 sığınacaq sorğusu qeydə alınıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə (598 575 müraciət) müqayisədə 24,3 % azdır.

Müraciətlərin sayına görə Almaniya (70 257) hazırda Fransa (98 822) və İtaliyadan (78 496) sonra üçüncü pillədə qərarlaşıb. Ən az sığınacaq müraciəti isə Macarıstan (83) və Slovakiya (131) payına düşüb.

Almaniyaya gələn qaçqınların əksəriyyətini Əfqanıstan (23 %), Suriya (12 %) və Türkiyə (10 %) vətəndaşları təşkil edir. Əfqanıstan vətəndaşları 52 361 müraciətlə ümumilikdə Avropa üzrə də ilk sıradadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026