• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Tramp onun xüsusi elçi olmasını istəyir

DÜNYA

04 Oktyabr 2026 | 18:16 | Müəllif: Subhan Mahmudov

Tramp onun xüsusi elçi olmasını istəyir

Vəkil Con Kol Girov İşləri üzrə ABŞ Prezidentinin yeni xüsusi elçisi vəzifəsinə namizəd göstərilib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social"da məlumat verib.

O bildirib ki, xüsusi elçi kimi Kol 65-dən çox amerikalı və müttəfiq ölkələrin vətəndaşının Belarusdan geri qaytarılmasını təmin edib və bir neçə Şərqi Avropa ölkələrindən 800-dən çox siyasi məhbusun azad edilməsi üçün danışıqlar aparıb.

"Bu vəzifədə Kol Amerika vətəndaşlarını vətənə qaytarmaq üçün yorulmadan çalışacaq. 196 girovun qaytarılmasında inanılmaz iş görən sələfi Adam Böller baş məsləhətçi kimi digər məsələlərdə kömək etməyə davam edəcək", - Tramp yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026