• Bakı 28° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq

CƏMİYYƏT

05 Sentyabr 2026 | 11:23

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq

Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat 11:30-da Kəlbəcər şəhərinin Mərkəzi meydanında təşkil olunacaq.

Qeyd edilib ki, tədbirdə işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşə istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim ediləcək.

Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026