• Bakı 19° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Serj Sarkisyanla bağlı YENİ CİNAYƏT İŞİ

CƏMİYYƏT

05 Oktyabr 2026 | 10:46 | Müəllif: Əli Hüseynov

Serj Sarkisyanla bağlı YENİ CİNAYƏT İŞİ

Ermənistanın Baş Prokurorluğu ölkənin üçüncü prezidenti Serj Sarkisyanla bağlı yeni cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

    Baş Prokurorluq Sarkisyanı 2004-cü ildə bazar qiymətindən aşağı qiymətə həyata keçirilmiş iri daşınmaz əmlak sövdələşməsində iştirakda şübhəli hesab edir.

    Bildirilir ki, Serj Sarkisyanın müdafiə naziri olduğu vaxt nazirliyin balansında olan “Vana Liç Dıraxt” istirahət zonası fiziki şəxsə 500 min ABŞ dollarına satılıb. Halbuki özəlləşdirilmədən cəmi bir il sonra əmlakın bazar dəyəri 700 min dollar qiymətləndirilib.

    Bundan başqa, əmlakın heç bir hüquqi və müqavilə əsası olmadan fiziki şəxsə icarəyə verildiyi, daha sonra isə 115 milyon dram (hazırkı məzənnə ilə təxminən 314 min dollar) qarşılığında həmin şəxsin mülkiyyətinə keçdiyi bildirilir.

    Faktla bağlı cinayət işi başlanılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Oktyabr 2026