“Təhsildə əsas məsələ nizam-intizam və öyrənmənin idarə olunmasıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsil prosesində yalnız müəyyən məsələlərin öyrədilməsi deyil, onların mahiyyətinin və bir-biri ilə əlaqəsinin başa düşülməsi də vacibdir.
Emin Əmrullayev qeyd edib ki, müasir texnologiyalar və dəyişən tələblər müəllimdən yeni bacarıqlar tələb edir. Onun sözlərinə görə, müasir müəllim dəyişən şəraitə uyğunlaşmalı və yeni yanaşmalardan istifadə etməlidir.
Nazir vurğulayıb ki, təhsil sistemində əsas məsələlərdən biri öyrənmə prosesinin düzgün idarə olunmasıdır.
Zeynəb Rzayeva
















