• Bakı 28° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Amin Novruzov vəfat etdi

CƏMİYYƏT

05 Sentyabr 2026 | 13:03

Amin Novruzov vəfat etdi

Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov 79 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. 

Amin Novruzəli oğlu Novruzov 1960-cı illərin sonundan etibarən Azərbaycan kinosunun bir sıra məşhur filmlərində operator assistenti və ikinci operator kimi fəaliyyət göstərib. 

1978-1983-cü illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində V.Yusovun emalatxanasında təhsil alıb.

Quruluşçu operator kimi "Musiqili xaş", "Cin mikrorayonda", "Süd dişinin ağrısı", "Bəxt üzüyü", "Özgə vaxt", "Ləqəbi "İKA"dır", "Arxada qalmış gələcək", "Yalan" filmlərini lentə alıb.

Amin Novruzov 2000-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026