Yəmən ordusuna məxsus döyüş təyyarələri ölkənin cənub-qərbindəki Taiz və Hudeyda vilayətlərində Husilərin mövqelərinə qarşı 15-dən çox hava zərbəsi endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yəmən Ordusunun Mətbuat Mərkəzi açıqlama yayıb.
Bildirilib ki, zərbələr Husilərin mövqeləri, toplanma məntəqələri və hərbi maşınlarına qarşı həyata keçirilib. Hücumların quru qoşunlarına dəstək məqsədi daşıdığı bildirilib.
Bu, Yəmən ordusunun iyul ayından bəri Husi mövqelərinə qarşı həyata keçirdiyi ilk hava əməliyyatıdır. Xüsusilə Taizin qərbindəki Hays cəbhəsində yerləşən Husi mövqelərinin də havadan hədəfə alındığı qeyd olunub.
Qeyd edək ki, son iki gündür Taiz və Hudeyda vilayətlərində hökumət qüvvələri ilə Husilər arasında şiddətli toqquşmalar baş verir.




