• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran ABŞ bazalarındakı müdafiə sistemlərini MƏHV EDİB

DÜNYA

04 Sentyabr 2026 | 19:43 | Müəllif: Subhan Mahmudov

İran ABŞ bazalarındakı müdafiə sistemlərini MƏHV EDİB

İran Yaxın Şərqdəki ABŞ bazalarındakı hava hücumundan müdafiə sistemlərini məhv edib və bu da İsrailə zərbə endirməyi asanlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın hərbi sözçüsü Məhəmməd Əkrəminiya bildirib. 

Əkrəminiyanın sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi raketlərin və dronların İsrailə çatması üçün yolun açılması deməkdir və indi bu ərazilərdəki bazalara zərbə endirmək daha asan olub.

O əlavə edib ki, İran ABŞ-nin son hücumlarına hava hücumundan müdafiə və radar sistemlərinin yerləşdiyi Amerika bazalarına zərbələrlə cavab verib. İran hərbi sözçüsünün sözlərinə görə, Tehran bu sistemləri məhv etməyə müvəffəq olub.

O əlavə edib ki, əgər İran təhlükə hiss edərsə, "profilaktik əməliyyatlar" keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026