• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransada etirazlar: 400 məktəbdə dərslər dayandırıldı

DÜNYA

04 Oktyabr 2026 | 18:44 | Müəllif: Subhan Mahmudov

Fransada etirazlar: 400 məktəbdə dərslər dayandırıldı

Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları fonunda oktyabrın 5-də 400-dən çox məktəbdə əyani dərslər bərpa olunmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.

Məlumata görə, həmin təhsil müəssisələrinin təxminən 40%-i (168 məktəb) paytaxtın da daxil olduğu İl-de-Frans regionunda yerləşir.

Qeyd edək ki, mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda bütün Fransanı bürüyüb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026