Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) Ukrayna Baş Prokurorluğunun ofisində axtarışlar aparır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NABU və SAP "Telegram" kanallarında məlumat veriblər.
"NABU və SAP, saxta çağrı mərkəzləri şəbəkəsini qorumaq və əmlakın leqallaşdırılması ilə məşğul olan Ukrayna Baş Prokurorluğunun vəzifəli şəxsinin rəhbərlik etdiyi cinayətkar təşkilatı ifşa etmək üçün xüsusi əməliyyat keçirir", - deyə məlumatda qeyd edilib.
Əməliyyatın təfərrüatları dəqiqləşdirilməyib.
Jurnalistlərin məlumatına görə, kiber şöbənin rəhbəri Sergey Krapiva saxlanılıb.




