• Bakı 26° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus...

CƏMİYYƏT

05 Sentyabr 2026 | 15:42

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus...

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və “Formula 1” yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Modern.az-aaçıqlamasında bu il vəziyyətin gərgin olacağını qeyd edib. 

"Dərslərin başlanması hər il olduğu kimi bu ildə tıxaca səbəb yaradacaq. Formula 1 yarışlarının da həmin vaxta təsadüf etməsi və üstəlik metrodakı mövcud vəziyyət hardasa öz təsirini göstərəcək. Amma aidiyyatı qurumlar tərəfindən bu son neçə ayda böyük işlər görülüb. Hazırda 150 yeni avtobus xəttə çıxmaq üçün gözləyir. Yəni, hansı istiqamətdə sıxlıq, tələbat yaranacaqsa, o istiqamətə həmin avtobuslar yönləndiriləcək. Bu mövzuda əsas yük Dövlət Yol Polisinin üzərinə düşəcək. Onlar da artıq hazırdır. Rəhbərlik tərəfindən müvafiq göstərişlər, təlimatlar verilib. Bütün istiqamətlərdə təhlillər aparılır. Və mən hesab eləyirəm ki, vaxtında və çevik reaksiya nəticəsində çox da ağır bir mənzərənin şahidi olmayacağıq”.

Ekspert həmçinin qeyd edib ki, məhəllədaxili yollardan alternativ yol kimi istifadə oluna bilər:

“Lakin, məhəllədaxili yollarda restoranlar, kafelər, avtoyuma məntəqələri, servislər yolları zəbt edir. Bu isə maşın və insanların həmin yollardan istifadəsini çətinləşdirir”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026