• Bakı 21° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Gəlinin 4 milyon manatlıq qızıllarla yoxa çıxdı

DÜNYA

04 Sentyabr 2026 | 22:12

Gəlinin 4 milyon manatlıq qızıllarla yoxa çıxdı

Aydının qonşu rayonu Milasa bağlı Çomakdağ Kızılağaç məhəlləsində nadir rast gəlinən beynəlxalq dələduzluq hadisəsi baş verib.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrindən məşhur pəhləvanların iştirak etdiyi və əsrlərdir davam edən gecə güləşi ənənəsinin keçirildiyi məhəllədə üç gün, üç gecə davam edən toy mərasimi ilə ailə quran Özbəkistan əsilli gəlin Mamora Burxanova toyda ona taxılan təxminən 4 milyon lirə dəyərində qızıl-zinət əşyalarını götürərək səhər saatlarında evdən çıxıb və yoxa çıxıb.

Səhər oyandıqda gəlini və milyonlarla lirə dəyərində qızılları tapa bilməyən Ateşoğlu ailəsi böyük şok yaşayıb.

Ailə sonradan təşkil olunmuş saxta gəlin dələduzluğunun qurbanı olduqlarını anlayıb. Hadisə ilə bağlı polisə və Respublika Baş Prokurorluğuna müraciət edilərək şikayət ərizəsi verilib.

Özbəkistan əsilli Mamora Burxanovanın tapılması üçün axtarışlar davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR