• Bakı 20° C

    3.17 m/s

Luis Enrike PSJ ilə müqaviləsini uzatdı

İDMAN

05 Sentyabr 2026 | 08:01 | Müəllif: Subhan Mahmudov

Luis Enrike PSJ ilə müqaviləsini uzatdı

“Paris Sen-Jermen”in baş məşqçisi Luis Enrike klubla müqaviləsini 2030-cu ilə qədər uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, 56 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ilin iyulundan PSJ-yə rəhbərlik edir.

Onun rəhbərliyi altında komanda ardıcıl iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub və üç dəfə Liqa 1 çempionluğu qazanıb.

Enrikenin əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatmalı idi. Yeni müqavilənin uzadılması barədə məlumat klub tərəfindən cümə axşamı “Monako” ilə ev oyunundan əvvəl açıqlanıb.

PSJ-də bir sıra futbolçuların da müqavilələri yenilənib. Joao Neves, Vilyan Paço, Lukas Beraldo və Sənni Mayulu ilə yeni müqavilələr 2031-ci ilə qədər nəzərdə tutulub.

Fabian Ruis isə klubla müqaviləsini 2028-ci ilə qədər uzadıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026