• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başladı

İDMAN

04 Oktyabr 2026 | 11:37 | Müəllif: Zeynəb Rzayeva

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başladı

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatına start verilib. 

Bakıvaxtı.az xəbər verir ki, 40 ölkədən 473 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb və hər biri qələbə qazanıb.

Əli Abaslı (60 kq) 1/16 finalda Abdurahim Sounu (Belçika) sınağa çəkib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Zeki Uğurla (Türkiyə) üz-üzə gələcək.

Yusif Həsənli (66 kq) Adrian Silvaya (Portuqaliya) gücünü göstərib. Təmsilçimiz rəqibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. Həsənli 1/8 finalda Lukas Fulanoviçlə (Xorvatiya) münasibətinə aydınlıq gətirəcək.

Hidayət Məmmədov (70 kq) da 1/16 final döyüşünü aktivinə yazıb. O, Demid Kloçkoya (İsrail) ilk raundda qalib gəlib. Boksçumuz növbəti qarşılaşmasında Joel Şutsla (İsveçrə) gücünü yoxlayacaq.

Yusif Ağakişiyev (75 kq) isə 1/16 finalda Eduard Tancerikanı (Rumıniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuz ikinci görüşündə İvor Li (İngiltərə) ilə qüvvəsini sınayacaq.

Hər 4 döyüş oktyabrın 6-da baş tutacaq.

Qeyd edək ki, çempionatın qaliblərinin adına oktyabrın 11-də aydınlıq gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026