• Bakı 16° C

    2.3 m/s

Atletika üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək

İDMAN

22 Oktyabr 2026 | 17:44 | Müəllif: Əli Hüseynov

Atletika üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək

2030-cu ildə atletika üzrə Avropa çempionatına Finlandiyanın paytaxı Helsinki ev sahibliyi edəcək.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

Yarış Olimpiya Stadionunda baş tutacaq. Qərar İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Atletikasının 181-ci Şura iclasında qəbul edilib.

Helsinki bu yarışa dördüncü dəfə ev sahibliyi edəcək. Şəhərdə çempionat daha əvvəl 1971, 1994 və 2012-ci illərdə təşkil olunub.

Xatırladaq ki, 2028-ci ildə Avropa çempionatı Polşanın Sileziya bölgəsində, iyunun 3–8-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026