• Bakı 16° C

    2.64 m/s

Salyanda avtoqəza olub, ölən və yaralananlar var - YENİLƏNİB

HADİSƏ

23 Oktyabr 2026 | 15:41 | Müəllif: Əli Hüseynov

Salyanda avtoqəza olub, ölən və yaralananlar var - YENİLƏNİB

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan dörd nəfərin vəziyyəti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Salyandakı avtomobil qəzası nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.

***

15:41

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

Bakıvaxtı.az-ın məlumatına görə, avtoqəza rayonun Qırxşıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisədə bir nəfər ölüb, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026