• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı

DÜNYA

23 Oktyabr 2026 | 19:12 | Müəllif: Subhan Mahmudov

Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı

Türkiyə Dəyanət Vəqfinin rəhbəri İzani Turan vəzifəsindən azad olunub.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Turanla yanaşı onun iki müavini - Rəcəb Balkan və Fatih Kayacan da işdən çıxarılıb.

Bildirilib ki, sözügedən şəxslər Qəzza üçün toplanan ianələrin birja fondlarına yatırıldığı iddialarından sonra postlarından azad olunublar.

Sözügedən iddialara görə, vəqf həmin ianələri birja fondlarına yatırdıqdan sonra təqribən 48 faiz həcmində zərərlə üzləşib.

Məsələ ilə bağlı vəqf daxilində araşdırmalar davam etdirilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026