• Bakı 26° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi

DÜNYA

05 Sentyabr 2026 | 12:15

Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi

“44 günlük müharibə zamanı Ermənistanın 4800 hərbçisi həlak olub”. 

Bakıvaxtı.az  “News.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Praqanın CEVRO universitetində çıxışı zamanı bildirib. 

Bundan sonra Ermənistan Prezidentinin Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aqasi Marqaryan açıqlama yayaraq, dövlət başçısının 44 günlük müharibədə ölən erməni hərbçilərin sayında səhvə yol verdiyini bildirib. 

“Səhvə görə üzr istəyirik və dəqiqləşdiririk: 44 günlük müharibədə həlak olanların sayı 3755 nəfərdir”, - Marqaryan əlavə edib. 

Qeyd edək ki, Ermənistandakı son rəsmi məlumatlarda II Qarabağ müharibəsində ölən erməni hərbçilərin sayı 3833 nəfər göstərilmişdi.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026