• Bakı 18° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ukrayna bu il BVF-yə 960 milyon dollar ödəməlidir

DÜNYA

05 Oktyabr 2026 | 10:24 | Müəllif: Gülşən Şərif

Ukrayna bu il BVF-yə 960 milyon dollar ödəməlidir

Ukrayna bu ilin sonuna qədər Beynəlxalq Valyuta Fonduna (BVF) təxminən 960 milyon dollar kredit ödənişi etməlidir. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Fond məlumat verib.

Fondun cədvəlində göstərilib ki, Ukraynanın ilin sonuna qədər ümumilikdə 959,5 milyon dollar borcu var.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Maliyyə Nazirliyinin statistikasına əsasən ölkənin dövlət borcu Volodimir Zelenskinin prezidentliyi dövründə 4,5 dəfə artıb. 2026-cı ilin avqust ayının sonuna Ukraynanın dövlət borcu 215,55 milyard dollar təşkil edərək yeni rekord həddə çatıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026