• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğan 12 ölkəyə yeni səfir təyin etdi

DÜNYA

05 Sentyabr 2026 | 09:48 | Müəllif: Subhan Mahmudov

Ərdoğan 12 ölkəyə yeni səfir təyin etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ölkəyə yeni səfir təyin edib.

Bakvaxtı.az xəbər verir ki, Ərdoğanın bununla bağlı sərəncamları "Rəsmi qəzetə"də dərc olunub.

Sərəncamlara əsasən Ayşə Hilal Finlandiyaya, Alpər Aktaş Şimali Makedoniyaya, Heydər Kərəm Divanlıoğlu Burundiyə, Kaan Esener Filippinə, Necati Sancaktutan Bəhreyn Krallığına, Hüseyn Ergani Oman Sultanlığına, Fikriyə Əsli Güven Namibiyaya, Fateh Yıldız Koreya Respublikasına, Fəxri Türker Oba Sudana, Fərhad Alkan Somaliyə, Özgür Gökmən Qambiyaya və Ayça Oşafoğlu İnam Mozambikə səfir təyin ediliblər.

Bundan əlavə, Türkiyənin Burundidəki səfiri Alp İşıklı və Şimali Makedoniyadakı səfiri Fateh Ulusoy geri çağırılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR