• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Uitkoff və Kuşner Moskvadadır

DÜNYA

05 Sentyabr 2026 | 13:51 | Müəllif: Subhan Mahmudov

Uitkoff və Kuşner Moskvadadır

Göyərtəsində ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin olduğu təyyarə Moskvada eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfaks” aviasiya xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

“Təyyarə “Vnukovo” hava limanına eniş edib”, - agentliyin həmsöhbəti deyib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp xüsusi nümayəndələrinin Moskvaya sülh təklifi aparacaqlarını açıqlayıb. Bundan başqa, Ukrayna Uitkoff və Kuşnerin Moskva və Kiyevə səfərləri ilə əlaqədar 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək üçgünlük atəşkəs elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026