• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Fransa böhran içində: Makronun səriştəsizliyi öz sözünü deyir

DÜNYA

05 Oktyabr 2026 | 13:10 | Müəllif: Gülşən Şərif

Fransa böhran içində: Makronun səriştəsizliyi öz sözünü deyir

Son günlər Fransa Prezidenti Emmanuel Makron bu il ərzindəki daxili və xarici siyasət çağırışları, iqtisadi çətinliklər və gələcək prezidentlik dövrünün başa çatması ilə bağlı müzakirələrin mərkəzindədir. Müzakirələrə görə,  Makronun prezidentliyi dövründə dövlət borcu kəskin artıb, xərclər çoxalıb və siyasi qeyri-sabitlik hökm sürüb. 

Analitiklərə görə, hazırda Fransa "Avropanın ən zəif bəndi"nə çevrilib və onun hökuməti qarşısında yeni siyasi böhrana səbəb olmadan büdcə konsolidasiyasını həyata keçirmək kimi mürəkkəb bir məsələ durur.

Maraqlıdır ki, qeyd olunan amillər Makronun prezidentlik dövrünə təsir göstərə bilərmi? Ümumiyyətlə, Makronun hazırkı reytinqini ürəkaçan hesab etmək olarmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən plitoloq Taleh Əliyev bildirib ki, Fransanın son illər təkcə ölkə daxilində deyil, həm də qlobal miqyasda iflasının şahidi oluruq. Onun sözlərinə görə, yüz illər boyu davam edən müstəmləkəçilik siyasətinin iflası və daxili narazılıqların kəskinləşməsi Parisin beynəlxalq aləmdəki nüfuzuna ağır zərbə vurur:

Taleh Əliyev: Makron Fransanın qarşısında duran hədəfləri doğrultmaqda aciz oldu

"Bu cür uğursuz dönəmin Makron hakimiyyətinə təsadüf etməsi heç də qismət məsələsi deyil. Şübhəsiz ki, bu məsələdə Makronun yararsız siyasətini də qeyd etməliyik. Afrika xalqlarının Fransanın soyğunçu və talançı siyasətinə qarşı qaldırdığı etiraz dalğası Parisin regiondakı hegemonluğuna son qoymaqdadır". 

T.Əliyev hesab edir ki, Fransadakı böhran yalnız xarici platformalarla məhdudlaşmır.

"Uzun illərdir ki, Fransada "sarı jiletlilər" hərəkatı deyilən xalq etirazı kütləvi hal almışdı. Hətta fermerlərin Paris başda olmaqla, böyük şəhərlərə də yürüşləri oldu. Bu, onu göstərir ki, Fransanın xarici siyasəti qədər daxili siyasəti də bərbaddır. Burada Makronun bir dövlət başçısı kimi səriştəsizliyi, uzun illər dünyaya ağalıq etmiş Fransa kimi nəhəng bir ölkənin hədəflərini doğrulda bilməməsi heç şübhəsiz ki, öz sözünü deyir".

Həmsöhbətimiz deyib ki, dünyaya ağalıq etmiş nəhəng bir dövlətin başçısı kimi Makron, Fransanın qarşısında duran hədəfləri doğrultmaqda acizliyini sübut edib. Ona görə də bu dövr artıq Makronun hakimiyyətinin başa çatması ilə bir tarixə çevriləcək. Lakin bu, Fransa üçün çiçəklənən dövr kimi deyil, xarici və daxili siyasətində bir çökmə mərhələsi kimi yadda qalacaq.

Politoloqun fikrincə, bu gün "Avropanın zəif bəndi" adlandırılan Fransanın növbəti dönəmdə, yəni qarşıdan gələn prezident seçkiləri və milli qanunverici orqana seçkilərdə sağ radikalların əlinə keçmək riski artır:

"Fransada sağ radikalların mövqelərinin möhkəmlənməsi isə təkcə bu ölkə üçün deyil, bütövlükdə Avropa İttifaqının birliyi, gələcək strategiyası və birgə təşəbbüsləri üçün ciddi bir təhdid və iqtisadi-siyasi iflas perspektivi vəd edir".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026